📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin görüşü olub

2023-01-18 16:11:00

Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin görüşü olub

“Dünən, ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş keçirilib”.

Hurriyyet.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Onun sözlərinə görə, görüşdə Rusiya sülhməramlı kontingentinin komandanlığı da iştirak edib: “Düşünürəm ki, Laçın yolu ilə bağlı məsələ yaxın zamanlarda həll olunacaq”. (qafqazinfo)