Azərbaycan Olimpiadada ilk medalını qazandı
2021-07-30 14:07:00
Azərbaycan cüdo yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.
Axar.az xəbər verir ki, bu gün ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska mübarizəyə qoşulub.
Onlardan Kindzerska çıxışını mükafatla başa vurub. Onun nailiyyəti Azərbaycan millisinin Tokio-2020-də ilk medalına yiyələnməsi ilə nəticələnib.