📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan ordusu qışa hazırlaşır: Belə getsə... - Deputatdan ŞOK

2021-09-13 23:42:00

Azərbaycan ordusu qışa hazırlaşır: Belə getsə... - Deputatdan ŞOK

"Azərbaycan əsgərləri Ermənistanın Sünik vilayətində Qara göl yaxınlığında əsas blindajlar və möhkəmləndirmə üçün bəndlər  qururlar, onlar qışa hazırlaşırlar." Bunu parlamentdə jurnalistlərə «Ayastan» («Ermənistan») müxalifət blokundan olan deputat Vaqe Akopyan deyib. 

Bu barədə News Am portalına istinadən xəbər veririk.

O qeyd edib ki, Azərbaycan qoşunları mayın 12-dən Qara göl yaxınlığında yerləşir və orada möhkəmlənməyə çalışırlar. Oxşar vəziyyət Qeqarkunik vilayətinin Kut və Verin Şorca kəndlərində də yaranmışdır. "Rusiya tərəfinin vasitəçiliyi ilə bu müddət ərzində bir neçə raund danışıqlar baş tutdu, lakin vəziyyət dəyişməz olaraq qalır. Kim bilir ki, sabah onlar Qara göldən də, irəli gəlməyəcək? heç kim!..Belə getsə, Qara göldən sonra başqa əraziləri də, itirəcəyik." deyə o bildirib. \\Kanal