Azərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnika alıb
2021-12-18 12:15:00
Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələr alınıb.
Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.





