📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ordusunun əsgəri vəfat etdi

2025-10-08 15:15:56

Azərbaycan Ordusunun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, əsgər Əli Ramin oğlu İbrahimlinin oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə dəfn olunub.

Faktla bağlı araşdırma aparılır.