📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

2022-09-03 14:53:00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdaifə Nazirliyi məlumat yayıb.

Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.