📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan polisi ƏMƏLİYYAT KEÇİRDİ: 66,4 kiloqramdan çox narkotik vasitə...

2024-08-29 10:28:32

Azərbaycan polisi ƏMƏLİYYAT KEÇİRDİ: 66,4 kiloqramdan çox narkotik vasitə...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ölkə üzrə ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.