📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan polisi tıxacda qalan ermənilərə su payladı

2023-09-26 12:08:54

Azərbaycan polisi tıxacda qalan ermənilərə su payladı

Azərbaycan polisi Qarabağın erməniəsilli sakinlərinə su paylayıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hazırda erməniəsilli sakinlərin könüllü olaraq öz avtomobilləri ilə hərəkət etməsində müəyyən ləngimələr var.

Bu səbəbdən Xankəndidən Gorusa gedən istiqamətdə tıxac yaranıb. Şuşa polisi tıxacda qalan erməniəsilli sakinlərə su paylayıb.

Həmçinin onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin və polisinin humanistliyindən xəbər verir.