Azərbaycan Premyer Liqasının oyunları daha bir kanalda yayımlanacaq - RƏSMİ
2026-02-20 15:57:52
Azərbaycan Premyer Liqasının qarşılaşmaları 22-ci turdan etibarən "CBC Sport" ilə yanaşı "İdman TV"də yayımlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
22-ci turdan etibarən turun bir qarşılaşması ölkənin ilk idman kanalı vasitəsi ilə nümayiş olunacaq. İlk belə canlı yayımlanacaq qarşılaşmanın isə "Qarabağ" - "Sabah" matçı olması nəzərdə tutulur.
Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.