Azərbaycan Prezidenti: Biz iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa hazırıq
2024-06-19 11:47:06
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə digər ölkələr, qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açıqdır.
Bunu Azərbaycan Prezidenti Əliyev “COP29-a gedən yol: Davamlı Gələcək” mövzusunda keçirilən 29-cu yüksək səviyyəli iclasın iştirakçılarına müraciətində deyib.
O qeyd edib ki, noyabrda Bakıda keçiriləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlimin maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üçün danışıqlar aparılacaq.
Ülviyyə, Hurriyyet.az