📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir - YENİLƏNİB

2023-12-01 12:35:09

Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir - YENİLƏNİB

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilir.

Hurriyyet.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşılayıblar.

Əvvəlcə birgə foto çəkdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

Bu barədə “Report”un Dubaya ezam olunmuş müxbiri xəbər verir.