Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi İrana yollanır
İranın Ali Milli Təhlükəsizlik Şurasının mətbu orqanı olan "Nour News" saytı xəbər verir ki, təcrübəli diplomat, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi məsələlər üzrə köməkçisi Xələf Xələfovun bu gecə Tehrana səfəri gözlənilir.
Məlumata görə, Xələfovun İranın yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli əlaqələr və regionda baş verən proseslər müzakirə olunacaq.
Bu səfərin fonunda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bazar günü Tehrana başlayan səfəri zamanı İranın yüksək rütbəli rəsmiləri, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan, XİN başçısı Əmir Abdullahiyan və sonda prezident İbrahim Rəisi ilə görüşlər keçirərək, ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
Ülviyyə, Huriyyet.az