📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO

2021-12-02 15:57:00

Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Hurriyyet.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər