Azərbaycan Qafan-Çakaten yolunda gömrük məntəqəsi yaradır
2021-11-15 10:00:00
“Noyabrın 15-də saat 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi quracaq”.
Hurriyyet.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan tərəfi güzgü üsulu ilə sözügedən yolda sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.