📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan qırıcıları İstanbul səmasında uçuş edəcək

2021-09-20 12:04:00

Azərbaycan qırıcıları İstanbul səmasında uçuş edəcək

21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində qeyd edilir:

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.