"Azərbaycan quru sərhədləri bağlı qalan sonuncu dövlətdir" - İLQAR MƏMMƏDOV
2023-08-11 11:53:00
"Artıq Şimali Koreya da öz quru sərhədlərini açır"
"Sərhədi görünməyən "təhlükəsizlik qayğısı" dövlətlərin yoluxduğu bir xəstəlikdir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.
Partiya sədri hesab edir ki, bu xəstəliyi xoş niyyətli tənqidçilər əvvəlcə müalicə etməyə çalışır, müalicə xeyir verməyəndə isə dövlət bir gün oyanıb özünün çox gülünc vəziyyətə düşdüyünü görür: "Bəli, artıq Şimali Koreya da öz quru sərhədlərini açır. Azərbaycan quru sərhədləri bağlı qalan sonuncu dövlətdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az