📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan razılığa gəlib...” – Edmon Marukyan

2022-11-29 11:53:00

“Azərbaycan razılığa gəlib...” – Edmon Marukyan

Azərbaycan tərəfi Praqda dördtərəfli formatda görüşlərin davam etdirilməsi ilə bağlı razılığa gəlib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan öz Tvitter səhifəsində  yazıb .

“İclasın formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Ona görə də ümid edirik ki, görüş Brüsseldə Emmanuel Makron və Çarlz Mişellə baş tutacaq”, - deyə o, bildirib.

Xəbər verdiyimiz kimi,  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Buna səbəb isə Fransa Prezidenti Emmanuel Makronun da həmin görüşdə iştirak istəyi olub.

sfera.az