“Azərbaycan Rusiya ərazisində sülh müqaviləsi imzalamağa hazırdır” – Lavrov
“Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır”.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bu faktdır, lakin İrəvanın mövqeyi bəlli deyil”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri müvafiq suala cavab verib.
“İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılmasında nəticə verdiyini anlayan kimi dərhal, çağırış olmadan həm sərhədlərin delimitasiyası, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı proseslərə daxil edilməyə başladılar”, - Lavrov bildirib.
yeniavaz.com