📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan Rusiya üçün sabit və yaxşı tərəfdaşdır” - Putin

2026-10-27 21:13:47

“Azərbaycan Rusiya üçün sabit və yaxşı tərəfdaşdır” - Putin

Rusiya Prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində çıxış edərkən Azərbaycanı energetika da daxil olmaqla müxtəlif sahələrdə Rusiya üçün sabit və etibarlı tərəfdaş adlandırıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Azərbaycan çoxsaylı istiqamətlərdə, o cümlədən energetika sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – deyə o söyləyib.

Putin həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə fəal dialoqda olduqlarını diqqətə çatdırıb:

“Hazırda Azərbaycan Prezidenti cənab Əliyevlə fəal dialoqdayıq, o cümlədən energetika və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Biz burada yaxşı perspektivlər görürük və bu birgə işə hazırıq”.