📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftə görüş keçirəcək”

2023-05-26 15:57:00

“Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftə görüş keçirəcək”

“Yaranmış şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə ümid etməyə imkan verir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, burada əsas olan zaman deyil, bütün məsələlərin yekun həllidir. 

Peskov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftənin sonunda tərəflər arasında mövcud olan məsələləri müzakirə etmək üçün Moskvada görüşəcəklər.

qafqazinfo.az