📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb

2023-05-19 14:36:00

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Hurriyyet.az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

report.az