📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan səfiri İran XİN-ə çağırılıb

2022-11-10 20:21:00

Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Hurriyyet.Az bu barədə IRNA-ya istinadən xəbər verir.

Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb.

"Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Səfir Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb. \\Report