Azərbaycan səfirliyi Kiyevdən köçürüldü
2022-03-08 11:34:00
Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Bu barədə Hurriyyet.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 5050000
+380 99 408 99 43