📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan sərhədində erməni əsgərlərinin günü – Video

2023-01-07 12:54:00

Azərbaycan sərhədində erməni əsgərlərinin günü – Video

Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən erməni əsgərlərinin durumu ilə bağlı görüntü yayılıb.

Hurriyyet.az xəbər verir ki, “Bez Tormozov” Teleqram kanalında yayılan videoda erməni əsgərlərin soyuq havada çadırda yerləşməsi, istilikdən məhrum vəziyyətdə olması əks olunub.

Əsgərlərin üzünün tüklü olması da onlar üçün heç bir şəraitin yaradılmamasından xəbər verir.

Qeyd edək ki, əsgərlərin içərisində yaşlı erməninin olması diqqət çəkib.

Videonun Basarkeçər istiqamətində olan postda çəkildiyi bildirilir.

axar.az