Azərbaycan sərhədlərini tanımaq istəməyənlər İrəvanda həbs edildi
2021-11-22 13:00:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, İrəvanda 18 nəfər etirazçı həbs edilib.
Ermənistan polisi İrəvanda küçələrdə və körpülərdə yolu kəsən nümayişçilər arasından 18 nəfər fəalın həbs edildiyini bəyan edib. Narazılar Baş nazir Nikol Paşinyandan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasının başlanması barəsində sənədin imzalanmasından imtina etməsini tələb edirmişlər.
Açıqlamada deyilir: “Polisin qanuni tələblərini yerinə yetirməkdən imtina elədiklərinə görə İrəvandakı küçə aksiyalarında 18 nəfər saxlanılıb”.
Nümayişçilərin günortadan sonra Nazirlər Kabinetinin binasının yanında mitinq keçirməyi planlaşdırdıqları bildirilir.
Hürr Tərcüman