📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan ŞƏT-ə müşahidəçi ölkə statusu almaq üçün müraciət edib

2024-07-18 11:06:25

Azərbaycan ŞƏT-ə müşahidəçi ölkə statusu almaq üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) statusunu dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə dəyişmək üçün müraciət edib. Bunu "İzvestiya" qəzetinə İranın ŞƏT Katibliyindəki Milli Koordinatoru Mehrdad Kiaei deyib.

“Bir neçə ölkə - o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları üzvlük üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa - red.) statusunu dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər və biz bu məsələyə baxmağa hazırıq. Biz bu məsələyə baxmağa və müvafiq ərizəçilər, təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, deyə Mehrdad Kiaei bildirib.

Onun sözlərinə görə, “əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər”. “Banqladeş dialoq tərəfdaşlarından biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır”, deyə Mehrdad Kiaei qeyd edib.

Ülviyyə, Hurriyyet.az