📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-04-27 12:44:00

"Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması və Rusiya sülhməramlı qüvvələrinin separatçıların istəklərini doğrultmamasından sonra onlar çıxış yolunu rəsmi Bakı ilə danışıqlarda görürlər"

"Xankəndidə erməni icmasının nümayəndələri may ayında mərkəzi hakimiyyətlə danışıqlara razılıq verib". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, bu danışıqlar Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsinin iştirakı olmadan keçiriləcək: "Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması və Rusiya sülhməramlı qüvvələrinin separatçıların istəklərini doğrultmamasından sonra onlar çıxış yolunu rəsmi Bakı ilə danışıqlarda görürlər. Bunun üçün isə Azərbaycan ilk növbədə silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az