Azərbaycan-Tacikistan biznes forumu keçirilib: sənədlər imzalanıb
Azərbaycan-Tacikistan biznes forumu keçirilib. Tədbirdə sənədlər imzalanıb. Forumda Azərbaycanın biznes mühiti və nəqliyyat-logistika potensialı, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad edilmiş ərazilərdə və sənaye parklarında həyata keçirilən layihələr haqqında məlumat verilir.
Cari ilin noyabrında ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 çərçivəsində əməkdaşlığın perspektivləri qeyd edilib. Tacikistanlı həmkarlar və iş adamları fəal əməkdaşlığa dəvət olunur.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüş və tədbirlərin, işgüzar əlaqələrin mühüm rol oynadığı bildirilib. Tacikistanla enerji, alüminium sənayesi, kənd təsərrüfatı və toxuculuq sənayesinin inkişafı sahələrində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Ülviyyə, Hurriyyet.az