Azərbaycan Talibana dövlət xidmətlərinin yaxşılaşdırılmasına kömək edəcək
2024-07-04 12:11:42
Azərbaycan Talibana dövlət xidmətlərinin yaxşılaşdırılmasına kömək edəcək. Belə ki, Talibanın statistika departamentinin məlumatına görə, onun ictimai xidmətlər departamentinin rəhbəri Cihad-Gul Pasun bu barədə Azərbaycanın “ASAN xidmət” agentliyinin rəis müavini Ceyhun Salmanovla razılaşıb.
Əməkdaşlıq texniki yardım və təcrübə mübadiləsinə aid olacaq.
Bildirilib ki, Əfqanıstan departamentində müvafiq şöbə vaxtilə Azərbaycan agentliyinin timsalında və sifətində - adına qədər yaradılıb. Hazırda Əfqanıstanda 6 dövlət xidməti mərkəzi fəaliyyət göstərir. Onların 4-ü Kabildə, Host və Qəndəharın hər birində isə 1-dir.
Ülviyyə, Hurriyyet.az