📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan tarixi ədaləti bərpa etdi" - Məruan Sudah

2021-11-15 19:12:00

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən ötən ilin noyabrın 10-da Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan 30 ilə yaxın işğaldan sonra tarixi ədaləti bərpa etdi və öz ata-baba torpaqlarını geri qaytardı. Bunu Azerforum.com-a ərəb əsilli İordaniya və Rusiya vətəndaşı, akademik Məruan Musa Sudah bildirib. Akademik qeyd edib ki, Azərbaycanın isterik torpaqlarını azad etməsi yeni regional və qlobal reallıqlar yaratdı, davamlı sülh, sabitlik, o cümlədən regional əməkdaşlığın daha geniş formatı üçün yeni imkanlar açdı. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya siyasi iradəsini, diplomatik müdrikliyini nümayiş etdirdi. \\Azerforum.com