📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan təklifimizə müsbət cavab verib”

2023-06-21 15:58:00

“Azərbaycan təklifimizə müsbət cavab verib”

“Azərbaycan Ermənistan tərəfinin iki ölkə arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiyanın üzvləri arasında görüşün keçirilməsinə dair təklifinə müsbət cavab verib”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, bununla belə, görüşün harada və nə zaman keçiriləcəyi ilə bağlı detallar hələ ki razılaşdırılmayıb: “Düşünürəm ki, görüş tezliklə baş tutacaq”.

O, görüş zamanı gündəmdə olan məsələlərin müzakirə ediləcəyini əlavə edib.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin müavinin ofisinin yaydığı məlumata görə, Mqer Qriqoryan iyunun 17-si Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı təklif ünvanlayıb.

qafqazinfo.az