📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan teleməkanına açıq-saçıq geyimi mən gətirmişəm” - Tanınmış aparıcı / FOTO

2024-01-30 23:14:22

“Azərbaycan teleməkanına açıq-saçıq geyimi mən gətirmişəm” - Tanınmış aparıcı / FOTO

Aparıcı Lətafət Ələkbərova iddialı açıqlaması ilə gündəmə gəlib.

“Xəbərin var?” verilişində qonaq olan aparıcı teleməkana aparıcılar arasında açıq-saçıqlığı gətirdiyini bildirib:

“20-li yaşlarımda qısa ətəklər, dekolteli köynəklər geyinirdi. O vaxt magistraturada oxuyurdum. Hələ heç kəs buna cəsarət etmirdi. Amma bu cür geyimlər mənə yaraşırdı, 57 kilo idim. Azərbaycan teleməkanına açıq-saçıq geyimləri mən gətirmişəm. İzləyicilər də bunu normal qarşılayırdı, o vaxt sosial şəbəkələr yox idi”.

 

Metbuat.Az