📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan təmsilçisinin "Avroviziya"da neçənci çıxış edəcəyi MƏLUM OLDU - SİYAHI + VİDEO

2022-03-29 23:27:00

Azərbaycan təmsilçisinin

Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Nadir Rüstəmli səhnəyə ikinci yarımfinalda 4-cü çıxacaq.

Bu, İtaliyanın Turin şəhərində müsabiqənin yarımfinalında iştirak edəcək ölkələrin çıxışlarının sırasını müəyyən etmək üçün atılan püşkatma zamanı bəlli olub.

Beləliklə, mayın 12-də, ikinci yarımfinalda 1. Finlandiya, 2. İsrail, 3. Serbiya, 4. Azərbaycan, 5. Gürcüstan, 6. Malta, 7. San Marino, 8. Avstraliya, 9. Kipr, 10. İrlandiya, 11. Şimali Makedoniya, 12. Estoniya, 13. Rumıniya, 14. Polşa, 15. Monteneqro, 16. Belçika, 17. İsveç, 18. Çexiya çıxış edəcək.