Azərbaycan təmsilçisinin UEFA yarışındakı rəqibləri müəyyənləşdi
2023-12-07 21:09:45
UEFA Region Kubokunun 2024/25-ci illər mövsümünün püşkü atılıb.
Mərasimdə Azərbaycanı təmsil edəcək komandanın rəqibləri də məlum olub.
Azərbaycan təmsilçisi ilkin mərhələnin B qrupunda İsveç və Gürcüstan komandaları ilə mübarizə aparacaq. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.
Qeyd edək ki, Azərbaycanı turnirdə AFFA Region Liqasının 2023/24-cü illər mövsümünün qalibi təmsil edəcək. \\Redaktor.az