📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan təzyiqləri artırmalıdır”-politoloq

2021-11-10 21:54:00

“Azərbaycan təzyiqləri artırmalıdır”-politoloq

“Ermənistan müdaifə naziri Arşak Karapetyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi və qondarma rejmin başçısı Araik Arutunyanla görməsi onu göstərir ki, nə Ermənistana II Qarabağ savaşı dərs olmayıb və ona görə də təxribatçı fəaliyyətlərini ən üst səviyyədə davam etdirirlər, nə də Rusiyadan sülhməramlı fəaliyyəti həyata keçirən olmaz”. Azerforum.com xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib. O, diqqətə çatdırıb ki, Rusiyanın son zamanlar Qarabağda atdığı addəmlara baxdıqda ermənilər tərəfindən davam etdirilən təxribatçı fəaliyyətlərin davammetdirilməsinə biıavasitə dəstək verdiyini görmək mümkündür: “Hesab edirəm ki, Azərbaycan bu təxribatçı əməllərə qarşı daha çox qətiyyət göstərməli və həm Ermənistan, həm də ona dəstək verən Rusiyaya qarşı təzyiqləri artırmalıdır. Burada bizim üçün ən məqbul variant Türk hərbi bazaları ola bilər. 15 iyun 2021-ci il Şuşa bəyannaməsini rəhbər tutaraq bu addımları atmaq mümkündür”.\\Azerforum.com