📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan TIR-ları sürücüləri ilə birlikdə Ukraynada qalıb - FOTO

2022-02-24 16:59:00

Azərbaycan TIR-ları sürücüləri ilə birlikdə Ukraynada qalıb - FOTO

Hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən bir neçə nəqliyyat vasitəsi var”.

Bu barədə ABADA-nin mətbuat katibi Ruslan Eldaroğlu BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, ABADA olaraq daşıyıcı şirkətlərlə əlaqə saxlanılıb:

“Səfərdə olan sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşirlər”.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edib. Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Baku.Ws