📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Türk Dövlətlər Təşkilatına iki milyon ABŞ dolları köçürüb

2024-07-06 13:46:19

Azərbaycan Türk Dövlətlər Təşkilatına  iki milyon ABŞ dolları köçürüb

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına  iki milyon  ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana təşəkkür edirəm.

 Bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, TDT ölkələri bu gün mühüm sənədlərə imza atacaqlar: “Qardaş Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edirəm”.