📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” - “Əbədi Birlik” İctimai Birliyi görüş keçirdi

2023-04-10 16:11:00

Bu gün - 9 aprel tarixində “Əbədi Birlik” Gənclər İctimai Birliyi tərəfindən Şahin Əliyevin moderatorluğunda “Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, görüşdə fəxri qonaqlardan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfiri Hulusi Kılıç və Hüquq Elmləri üzrə Fəlsəfə Doktoru, AGAH İctimai Birliyinin sədri Təbriz Raufoğlu "Əbədi Qardaşlığımızdan" bəhs ediblər.

Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının ta əzəldən gəldiyini, 44 günlük Vətən müharibəsində ən böyük dəstəkçimizin məhz qardaş ölkə - Türkiyə olduğunu və Türkiyədə bu yaxınlarda baş vermiş dəhşətli zəlzələdə ölkə olaraq dəstəyimizi əsgirmədiyimizi vurğulayıblar.

 "Türkün Qardaşı - Türkdür",
"Yaşasın, Azərbaycan -Türkiyə!"

Bir olaq, güclü olaq! Əbədi Birliyin təməli olaq!