📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan-Türkiyə İttifaqı möcüzələr yaradır!" - NATİQ CƏFƏRLİ

2023-10-06 11:13:49

"Putinin çıxışında bizə qarşı nə qədər qəzəbli olduğunu, amma dinə, açıq danışa bilmədiyini görmək ləzzət elədi"

"Bu gün baş verənlərdən, bəyanatlardan, xəbərlərdən belə anlayıram ki, "rusməramlılar", maksimum, yanvara qədər "qonağımızdılar". "Hər şey urusun planıdı, Əliyev urusun adamıdı", deyən o mənasızlara, camaatı, əsas da özlərini aldadıb, "biz siyasətçiyik", deyənlərə yazığım gəlir, vaxtında özlərinə sənət də tapmadılar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

Politoloqun fikrincə, son illər Kremli belə urvatsız edən, peşəkarcasına fəndə salan olmamışdı: "Putinin çıxışında ("Valday" beynəlxalq müzakirələr klubundakı çıxışdan söhbət gedir-V.B.) bizə qarşı nə qədər qəzəbli olduğunu, amma dinə, açıq danışa bilmədiyini görmək ləzzət elədi. Son illər Kremli belə urvatsız edən, peşəkarcasına fəndə salan olmamışdı. Müasir tarixdə Cənubi Qafqazdan Rusiya əsgərini də ilk Azərbaycan (rəhmətlik Elçibəy) çıxartdı, indi də tamam getməsinin təməlini yenə Azərbaycan qoyur. Azərbaycan-Türkiyə İttifaqı möcüzələr yaradır!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az