Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi
2026-02-12 20:07:04
Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.
Telegraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri çərçivəsində regional və beynəlxalq proseslər, habelə ortaq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.