📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

2023-11-27 17:16:07

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

"Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.

Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: "Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram". (Report)