📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başladı - Fotolar

2022-10-22 14:33:00

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başladı - Fotolar

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.






qafqazinfo.az