📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Türkiyədən amfibiya hücum gəmisi ala bilər

2021-12-06 09:32:00

Azərbaycan Türkiyədən amfibiya hücum gəmisi ala bilər

“TCG Anadolu” - amfibiya hücum gəmisinin 2022-ci ildə istifadəyə verilməsinə çalışırıq.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Gəmiyə İHA/SİHA-nın (silahlı və silahsız pilotsuz uçuş aparatları - red.) yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”, - İsmayıl Dəmir əlavə edib.