Azərbaycan Türkiyədən pilotsuz zirehli texnika alacaq
2022-10-24 15:48:00
Hurriyyet.az “Anadolu Agetliyi”nə istinadla xəbər verir ki, Türkiyənin HAVELSAN şirkəti Azərbaycana pilotsuz zirehli texnika ixrac edəcək.
Şirkətin idarə heyətinin rəhbəri Hacı Ali Mantarın sözlərinə görə, BARKAN pilotsuz zirehli texnikasının tədarükü ilə bağlı Azərbaycan, Pakistan və Ukrayna ilə müqavilələr imzalanıb.
Bundan əlavə, bir sıra digər ölkələrlə, xüsusilə Malayziya, İndoneziya və Qətərlə danışıqlar aparılır”, – deyə Mantar bildirib.
Şirkət rəhbəri vurğulayıb ki, pilotsuz zirehli texnikadan hazırda yalnız Türkiyə Silahlı Qüvvələrində istifadə olunur.
Hürr Tərcüman
