📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

2021-12-03 15:33:00

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub.

Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.

Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

Diplomat tviter səhifəsində təyyarə ilə bağlı paylaşım edib.

“Bu gün Azərbaycanda “Hurkuş” uçurduq”, - C.Bağçı bildirib.