Azərbaycan TV-sindəki bu kadr Ermənistanı dəli etdi - FOTO
2023-07-07 10:23:00
Baku TV-nin efirində hava haqqında proqnoz zamanı Azərbaycanın tarixi torpaqları İrəvan, Zəngəzur, Göyçə, Vedibasar, Dərələyəzi qeyd etməsi Ermənistanda çaxnaşma yaradıb.
Hurriyyet.az xəbər verir ki, hətta Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan da bu barədə yazıb.
O, rəsmi Bakını “ərazi iddiası”nda ittiham etməyə çalışıb.
Bundan başqa, sosial şəbəkənin erməni seqmentində da bu məsələ geniş rezonans doğurub.
Qarabağı 30 il işğalda saxlayan və hələ də Azərbaycanın bu tarixi ərazisinə gah “artsax”, gah da “Dağlıq Qarabağ” deyən, buranın hava proqnozunu daim yayımlayan Ermənistanın sözügedən bəyanatı qonşu ölkənin riyakar xislətindən xəbər verir.
Globalinfo.az
