📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan üç metr dərinlikdəki minanı tapan detektor alıb - VİDEO

2021-12-16 21:59:00

Azərbaycan üç metr dərinlikdəki minanı tapan detektor alıb - VİDEO

 

“Yeni minatəmizləmə detektoru gətirmişik. Bu, 2,5-3 metr dərinlikdə olan minanı tapır və siqnal səsi ilə xəbərdarlıq edir”.

Hurriyyet.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.“İndiyədək həmin ərazilərdə əl vasitəsilə detektorlarla mina axtarırıq. 12-dək minatəmizləmə itlərimiz var. Bu yaxınlarda alacağımız tank əleyhinə minalar üçün olan robotu Füzuli rayonunda sınaqdan keçiririk”, - nazir müavini bildirib.