📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

2026-01-27 14:43:59

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

"Report" un yerli bürosu xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.