📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan universitetlərinin zəif reytinqi- Sabiq maliyyə nazirindən maraqlı paylaşım

2024-07-19 13:31:01

Azərbaycan universitetlərinin zəif reytinqi- Sabiq maliyyə nazirindən maraqlı paylaşım

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov öz sosial şəbəkə səhifəsində Azərbaycan universitetlərinin dünya reytinqlərindəki yeri barədə paylaşım edib.

Hurriyyet.az xəbər verir ki, professor Cənubi Qafqazda Azərbaycandan yalnız UNEC-in yüksək nəticə göstərdiyini qeyd etməklə yanaşı, ümumilikdə ölkədə təhsilin səviyyəsinin aşağı olduğunu vurğulayıb: “Dünya təcrübəsi və elm sübut edir ki, universitetlərin səviyyəsi ölkənin inkişaf səviyyəsinin güzgüsüdür. Bir ölkə haqqında məlumat almaq istəyəndə birinci növbədə universitetlərin vəziyyətini təhlil edirəm. Son zamanlar (son durğunluq dövrü) ölkəmiz Cənubi Qafqazda və dünya miqyasında bütün iqtisadi göstəricilər üzrə (ordu quruculuğu istisnadır) geriləməkdə davam edir. Bunun ən başlıca səbəbini mən təhsildə və bilik iqtisadiyyatında, yəni universitetlərdə geriləmə ilə əlaqələndiriəm. Bunu Cənubi Qafqazın universitetlərin reytinq cədvəlindən də rahat görmək olar.

Cədvəlin məlumatlarından göründüyü kimi Cənubi Qafqaz və dünya sıralamasında Azərbaycan universitetləri sonuncu yerdədir. Bizim ölkə üzrə birinci universitetimiz - UNEC Gürcüstanın üç, Ermənistanın isə bir universitetindən sonra gəlir. Gürcüstan üzrə birinci yeri tutan universitet dünya üzrə 1514-cü yerdə, Ermənistan universiteti 2970-ci yeri tutursa, Azərbaycanın birinci yerdə duran universiteti dünya üzrə 3067-ci yerdədir. Amma birinci 10-luqda Gürcüstanın 5 universiteti, Ermənistanın 1 universiteti, Azərbaycanın isə 4 universiteti yer almışdır. Bununla yanaşı qiymətləndirmə zamanı Azərbaycanın əhalisinin sayını, maddi imkanlarını nəzərə almaq lazımdır.

azpolitika.info