📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Ermənistan qazpulunu rublla verir

2022-04-25 14:06:00

Azərbaycan və Ermənistan qazpulunu rublla verir

Ermənistan və Azərbaycan Rusiyaya qazın pulunu rublla ödəməyə başlayıb.

Hurriyyet.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görüb, Azərbaycan və Ermənistanla hesablaşmalara milli valyutalardan istifadə edir.

Denis Qonçar qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-neqativ amillərə tez uyğunlaşır.